Fidan Hacıyeva “Xalq artisti” oldu- Sərəncam + Siyahı

5 Mart 2015 16:29 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Xalq Artisti"

Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı

"Əməkdar Müəllim"

Əhədova Mətanət Məcnun qızı

Kazımzadə Elmina Mobil qızı

Musayeva Bella Sirac qızı

Mustafayeva Mehriban İsa qızı

"Əməkdar Həkim"

Ağazadə Cəmilə Əyupovna

"Əməkdar Mədəniyyət İşçisi"

Abbaslı Elmira Mikayıl qızı".