Gənclər idman günündə yarışdılar - FOTO

5 Mart 2015 16:32 (UTC+04:00)

Mingəçevir şəhərində fəaliyyət göstərən Politexnik Universitetinin, Turizm Kollecinin, Müəllimlər İnstitutunun və Tibb Kollecinin tələbələrinin, habelə bir çox orta məktəbin yuxarı sinif şagirdlərinin iştirak etdiyi turnirin yarımfinal mərhələsi yekunlaşıb.

Birinci Avropa Oyunlarının Bakı şəhəri ilə yanaşı Mingəçevir şəhərində də keçiriləcəyini nəzərə alaraq, Gənclər üçün Təhsil Mərkəzi yeniyetmə və gənclərin idmana olan marağını daha da artırmaq, təhsil ocaqlarında idman dərslərinin daha səmərəli keçirilməsini təmin etmək üçün qarşıdakı günlərdə velosiped turniri, çoxnövçülük üzrə bir sira idman yarışları və digər tədbirlər reallaşdıracaq.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi mart və aprel aylarında Mingəçevir və Gəncə şəhərlərində yaradıcı gənclərlə birgə ilk Avropa Oyunlarına ictimai dəstək məqsədilə festivallar keçirəcək.