Azərbaycanlı bəstəkarın əsəri ABŞ-da qalib gəldi

5 Mart 2015 16:55 (UTC+04:00)


AzNews.az verir ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Arzu Abbasovanın "Dağların rəqsi" əsəri müsabiqədə yer tutub.

Gənc qadın bəstəkarların "İtaka" adlı yarışında 19 yaşa qədər olan kateqoriyada azərbaycanlı gəncin əsəri 1-ci yerə layiq görülüb. "Dağların rəqsi" musiqi əsəri martın 28-də ABŞ-da təşkil olunan konsert proqramına daxil edilib.

Bundan əvvəl isə Arzu Abbasovanın "Nağıllar aləmi" əsəri Rusiyada keçirilən XVII gənc bəstəkarların müsabiqəsində 15-17 yaş arası kateqoriyası üzrə yer tutub.

Bu münasibətlə təhsil aldığı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində gənc bəstəkarın "Cənnət lövhələri" adlı müəllif konserti təşkil olunub. Konsert proqramında A. Abbasovanın 10-a yaxın bəstəsi ifa olunub.

Məlumat üçün qeyd edək ki, Arzu Abbasova Bakıdakı G. Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində bəstəkarlıq üzrə təhsil alır. Onun klassik janrda olan 20-ə yaxın əsəri var.

Nigar ETİBAR
AzNews.az