Hansı oyunçular formasız qalacaq?

5 Oktyabr 2012 18:53 (UTC+04:00)
Hollandiya Milli komandasının baş məşqçıisi Luis van Qal Ruminiya və Andorra ilə oynayacaqları matçların 23 nəfərlik heyyətini açıqlayıb.

Aznews.az Goal.com-a istinadən xəbər verir ki, hollandların heyyətində önəmli ulduzlar yer ala bilməyib. Heyyətə salınmayan oyunçuların başında "İnter"in şərəfini qoruyan Uesli Sneyder və ötən il "Bayern "Münxen"in heyyətində Çempiyonlar Liqası finalı oynayan Aryen Roben gəlir.

Hər iki oyunçu zədəlidir. Heyyətdə yer almayan digər zədəli oyunçu isə Nyukaslın qapıçısı Tim Kruldur. Son oyunlar məşqçidən forma ala bilməyən oyunçulardan Rafael van Der Vart, İbrahim Afellay bu dəfə 23 nəfərlik heyyətdə seçiliblər.

Elman Bakuvi
AzNews.az