Rusiya ordusunun əsgərləri öldürülür

5 Mart 2015 23:37 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, bu barədə NATO baş katibinin müavini Aleksandr Verşbou Riqada keçirilən konfrans zamanı açıqlama verib.

Onun sözlərinə görə, Donbasda separatçılarla yanaşı rus hərbçiləri də döyüşür və onlardan bir çoxu öldürülüb.

Qeyd edək ki, fevral ayının ortalarında ABŞ da bəyan etmişdi ki, Donbasda Rusiya əsgərləri döyüşür. Lakin Rusiya Müdafiə Nazirliyi bunu təkzib edərək bildirmişdi ki, rəsmi Vaşinqton qəhvə ilə fala baxır.

Bundan əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko da bildirmişdi ki, onların əlində ölkənin şərqində döyüşən rus əsgərlərin pasportları var.