Bakıda “Lexus” avtomobili yandı

6 Mart 2015 09:19 (UTC+04:00)



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Vətəndaşa məxsus avtomobil təmiri servisinin ərazisində "Lexus" markalı minik avtomobilin salonu, yük hissəsi, arxa təkərləri, yaxınlıqda dayanmış yükqaldırıcı avtomobilin salonu və arxa təkərı yanıb.

Yüksək temperaturdan salonun plastik qapısı deformasiyaya uğrayıb.
Avtoservisin və avtomobilərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.