Bakıda şairi bıçaqladılar

6 Mart 2015 09:30 (UTC+04:00)
Hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb. 53 yaşlı Mübariz Məsimoğlu və əmisi oğlu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Şəxsiyyəti hələlik dəqiqləşdirilməyən digər yaralı isə bir bıçaq yarası ilə xəstəxanaya daxil olub.

Qeyd edək ki, Mübariz Məsimoğlu şairdir. (APA)