Avro və dollar ucuzlaşdı

6 Mart 2015 09:54 (UTC+04:00)
"
APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 6-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0490 manat səviyyəsində müəyyən edilib. Bu ötən gündən 0,0004 manat və ya 0,04% azdır.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0041 manat və ya 0,35% ucuzlaşaraq 1,1566 manat olub.