Həmkəndlisini güllələyərək qətlə yetirdi- Kürdəmirdə

6 Mart 2015 10:26 (UTC+04:00)


Kürdəmir rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 5-də Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yolun kənarında Axtaçı kənd sakini 1994-cü il təvəllüdlü Neman Budaqovun üzərində xəsarətlər olan meyiti aşkar edilib.

İlkin araşdırmalardan sonra qətlin Neman Budaqovun öz həmkəndlisi tərəfindən törədildiyi müəyyən edilib. Belə ki, Axtaçı kənd sakini 1992-ci il təvəllüdlü Toğrul Bağırov şəxsi münasibətlər zəmnində ov tüfəngindən atəş açaraq Neman Budaqovu qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.