Bakıda maskalı şəxslər evə basqın etdilər

6 Mart 2015 10:45 (UTC+04:00)
Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə gecə saat 4 radələrində Balaxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Naizə Məmmədovanın evi qarət ediblər. Evə soxulan şəxslər qadını hədələyərək evdə olan pulu və dəyərli əşyaları aparıblar.

Hadisədən sonra Nazilə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edilib.

Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməindən ANS PRESS-ə verilən məlumata görə, hazırda quldurluq törədən şəxslərin kimliyi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.