İcra başçısı bağçada - FOTO

6 Mart 2015 11:20 (UTC+04:00)


İcra hakimiyyətindən daxil olan xəbərə görə, ikimərtəbəli körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Alı Alıyev bağçanın kollektivi ilə söhbətində bildirib ki, əhalinin sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin Heydər Əliyev Fonduna, fondun prezidenti Mehriban xanım Əliyevaya və ölkə başçısına olan inamını gücləndirir.

Bağçanın kollektivi füzulililərə göstərdiyi diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər, qarşıdan gələn 8 mart qadınlar bayramı və Novruz bayramı münasibəti ilə uzun ömr, cansağlı, ailə səadəti arzulayıblar.

Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə rayonun Bala Bəhmənli kəndində tikilən 60 çarpayılıq uşaq baxçasının inşası yaxın günlərdə başa çatacaq. Əhmədbəyli kəndində isə 35 çarpayılıq körpələr evi-uşaq bağçasının tikintisi davam edir.