Gülər Əhmədovanın adı da silindi

5 Oktyabr 2012 19:46 (UTC+04:00)


Milli Məclisin rəsmi saytı eks-deputat Gülər Əhmədovanın adını deputatların siyahısından çıxarıb.

AzNews.Az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, həmçinin G.Əhmədovanın təmsil olunduğu 34 saylı Xətai 2-ci seçki dairəsinin adı da parlamentin rəsmi saytından götürülüb.

Qeyd edək ki, G.Əhmədova məlum video qalmaqalı ilə bağlı mandatdan imtina etməsi ilə bağlı MSK-ya müraciət etmişdi. MSK onun müraciətinə baxaraq deputatı mandatdan məhrum edib. 34 saylı Xətai 2-ci seçki dairəsinin yeni deputatının seçlib-seçilməyəcəyi yaxın bir ayda məlum olacaq.

AzNews.az