Gəncədə ev yandı – 2 nəfər təxliyyə edildi

6 Mart 2015 12:03 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Belə ki, binanın 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzilin zirzəmisinə yığılmış 25 kv.m sahədə köhnə ev əşyaları və məişət tullantıları yanıb.

Yanğın zamanı qonşu mənzildən 2 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.