“Putin dindirilməlidir” – Rusiyalı müxalifətçi

6 Mart 2015 12:25 (UTC+04:00)



AZNEWS.AZ xəbər verir ki, bu sözləri rusiyalı müxalifətçi İlya Yaşin "1+1" telekanalında yayımlanan "Hakimiyyət hüququ" verilişində deyib.

"Nemtsovun ölümünə görə Putin siyasi cavabdehlik daşıyır, çünki Rusiyada müxalifətə qarşı düşmənçilik hissini məhz o, yaradıb. Boris Nemtsovun qətli onun üçün sərfəli idi. Bu baxımdan Putin mütləq dindirilməlidir. Nemtsov prezident Putini və onun ətrafındakıları ətraflı və dolğun şəkildə tənqid edən ən parlaq insan idi", - deyə Nemtsovun dostu və silahdaşı İlya Yaşin əlavə edib.