Aktyor Ruslan Nəsirov dünyasını dəyişdi

6 Mart 2015 12:32 (UTC+04:00)


APA-nın məlumatına görə, aktyor uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirmiş.

AzTV-nin dublyaj redaksiyasından bildiriblər ki, R.Nəsirov bu gün dəfn olunacaq.

Qeyd edək ki, R. Nəsirov 1974-cü ildə anadan olub. O, "Qəm pəncərəsi" filmində Əhməd, "Tənha narın nağılı" filmində Sadıq, "Ağ atlı oğlan"da Cəfər və başqa rollarda oynayıb.