Sel nəticəsində 42 nəfər öldü

6 Mart 2015 13:02 (UTC+04:00)


Müsavat.com-un məlumatına görə, sel nəticəsində 42 nəfər ölüb. Tanzaniya Meteorologiya mərkəzindən verilən məlumatda bildirilib ki, sel 30 dəqiqəlik davam edən fırtınadan sonra baş verib. Sel nəticəsində 160 evin yararsız hala düşdüyü və 900 nəfərin evsiz qaldığı bildirilib.

Tanzaniya prezidenti Yakaya Kikivete sel nəticəsində ölənlərin ailəsinə başsağlığı verib və bildirib ki, zərərçəkən ailələrə dövlət tərəfindən yardım ediləcək.