Azərbaycanda aliment fondu yaradıla bilər

6 Mart 2015 13:06 (UTC+04:00)



AzNews.az xəbər verir ki, o, bu təkliflə Milli Məclisin bugünkü plenar iclasındakı hesabat zamanı çıxış edib.

E.Süleymanova hesabatda Ombudsman Aparatının gördüyü işlər, vətəndaşların ərizə və şikayətləri, insan hüquqlarının vəziyyəti və s. barədə məlumat verib.

Hesabatda bildirilir ki, pensiya təminatı və yenidən hesablanma ilə bağlı narazı qalan vətəndaşların şikayətləri araşdırılıb və ünvanlı sosial yardımların verilməsi ilə bağlı bürokratik əngəllərin qarşısının alınması istiqamətində işlər görülüb.

E.Süleymanova məmur özbaşınalığı ilə bağlı sorğuların vaxtında cavablandırılmaması səbəbindən vətəndaşların problemlərinin vaxtında həll olunmadığını da bildirib.

"İşgəncələr əleyhinə qrup nə qədər fəal çalışsa da, yenə bu sahədə nöqsanlar var" deyə, Ombudsman əlavə edib. Bildirib ki, xidməti vəzifəsində nöqsanlara yol verdən 77 əməkdaş cəzalandırılıb, onların 2-si işdən azad edilib.

Nigar
AzNews.az