İnsan alverinin qurbanları ilə bağlı vəziyyət açıqlandı

6 Mart 2015 13:20 (UTC+04:00)

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabatda qeyd edilir ki, qurbanlardan 38 nəfəri təhlükəsiz sığınacağa yerləşdirilərək hamısına tibbi, psixoloji yardımlar göstərilib, zəruri geyimlə təmin ediliblər.

Həmçinin bildirilir ki, insan alverindən zərər çəkmiş 53 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 40 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib. Qurbanlardan 24 nəfəri işlə təmin edilib, 35 nəfəri isə peşə kurslarına göndərilib. 34 nəfər insan alveri qurbanının ailələrinə qayıtmasına kömək göstərilib. "Azərbaycan Uşaqlar Birliyi" İctimai Birliyinin müvafiq layihəsi çərçivəsində 8 qurbanın 11 övladı məktəbdənkənar təhsil və məntiqi təfəkkür proqramına cəlb edilib.