Moskvada Azərbaycan vətəndaşı öldürüldü

6 Mart 2015 14:48 (UTC+04:00)


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə Moskva vilayətinin Domodedovo şəhərində baş verib. Martın 5-də saat 23:00 radələrində 28 yaşlı Azərbaycan vətəndaşı yaralı vəziyyətdə Domodedovo Mərkəzi Şəhər Xəstəxanasına gətirilib.

Aparılan araşdırma nəticəsində azərbaycanlının iki yoldaşı ilə birlikdə kafedən çıxarkən güllələndiyi məlum olub. Naməlum şəxs ona odlu silahdan atəş açıb.

Ağır yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.