Azərbaycanda 21 yaşlı gənc ov tüfəngilə qətlə yetirildi

6 Mart 2015 15:48 (UTC+04:00)



AZNEWS.AZ APA-ya istiandən xəbər verir ki, Kürdəmir Rayon Polis şöbəsinə Axtaçı-Qarabucaq kəndində odlu silahla qətlə yetirilmiş kişi meyitinin olması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən əməliyyatçılar qətlə yetirilənin 1994-cü il təvəllüdlü kənd sakini Budaqov Neman Hacı oğlunun olduğunu müəyyən ediblər. Kürdəmir Rayon Polis Şöbəsi əməliyyatçılarının keçirdiyi zəruri tədbirlər nəticəsində müəyyən edilib ki, N.Budaqovu əvvəllər dost münasibətində olmuş həmkəndlisi, 1992-ci il təvəllüdlü Bağırov Toğrul Müşfiq oğlu "VAZ-2106" markalı avtomobilinin yük yerində saxladığı ov tüfəngi ilə bir neçə dəfə atəş açaraq qətlə yetirib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.