“Atamın vəziyyəti yaxşıdır” - Qəzaya düşən aktyorun oğlu

6 Mart 2015 16:44 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə aktyorun oğlu Ben Ford özünün Twitter səhifəsində yazıb. O, tvitində "Atam xəstəxanadadır, vəziyyəti isə yaxşıdır" sözlərini qeyd edib.

Xatırladaq ki, Harrison Ford ABŞ-da idarə etdiyi kiçik mühərrikli təyyarə ilə qəza törədib. Mühərrikin qəfildən dayanması nəticəsində təyyarə qolf meydançasına düşüb. O, başından və qolundan yaralanıb. Qəza zamanı meydançada qolf oynayan iki həkim "İndiana Cons" filmilə məşhur olan aktyora ilkin tibbi yardım göstəriblər.