“Erməni idmançılarının Bakıda iştirakı mütləqdir” – Erməni nazir

6 Mart 2015 16:51 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu sözləri Ermənistanın idman naziri Qabriel Kazaryan deyib.
Onun sözlərinə görə, erməni idmançıları "Bakı-2015" idman yarışına mütləq qatılmalıdır: "Təbii ki, bu mənim subyektiv fikrimdir".
Qeyd edək ki, bir az öncə Ermənistanın yunan-roma güləşi üzrə yığmasının baş məşqçisi Levon Culfalakyan erməni idmançılarının Bakıya getməsinin mümkünsüz olduğunu deyib.