Məruzəçi Azərbaycana gəlir

6 Mart 2015 17:12 (UTC+04:00)

APA-nın xəbərinə görə, R. Valter səfərinin yekunları əsasında Dağlıq Qarabağ münaqişəsinə dair hesabat hazırlayacaq.

Məruzəçinin Azərbaycana səfəri zamanı ölkə prezidenti, Milli Məclisin sədri və xarici işlər, ədliyyə və müdafiə nazirləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

R. Valterin eyni zamanda, qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcəyi gözlənilir.