Futbol klubuna silahlı hücum: 5 futbolçu yaralandı

6 Mart 2015 18:37 (UTC+04:00)

Klubun rəsmi "Twitter" hesabından verilən açıqlamada bildirilir ki, "Heartland"la səfər oyunu üçün Abajidən Overri şəhərinə yollanan "Kano Pillars" klubunun futbolçuları silahlı soyğunçuların hücumuna məruz qalıb. Nəticədə 18-i futbolçu olmaqla 25 nəfərlik heyətdən oyunçular - Qambo Məhəmməd, Ruben Oqbonaya, Eneji Otekpa, Murtala Adamu və Ubonq Ekpaini yaralanıb.

Soyğunçular avtobusdakı dəyərli əşyaları götürərək olay yerindən qaçıb. Yaralılar isə Lokoja şəhərindəki хəstəхanaya yerləşdirilib.