İŞİD narkotikdən hər il 1 milyard götürür

6 Mart 2015 18:55 (UTC+04:00)

Musavat.com Rusiya qaynaqlarına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qaçaqmal Narkotiklə Mübarizə Federal Xidmətinin başçısı Viktor İvanova istinadən bildirilib.

"Bizim hesablamalarımıza görə, İŞİD hər il əfqan mənşəli narkotikin tranzitindən 1 milyard dollar gəlir əldə edir" – deyib İvaniov.

Az öncə BMT Təhlükəsizlik Şurası vətəndaş müharibəsinin getdiyi Suriyadan olan qədim əşyaların satılmasına dair bütün ticari sövdələşmələri qadağan edib. Məlumata görə, İŞİD və "əl- Qaiada" təmsilçilərindən mal almaqla qaydanı pozan şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur.

Təşkilat həmçinin, ölkələri girovlara görə pul təzminatı ödəməməyə çağırıb.