Hollivud ulduzu təyyarə qəzasına düşdü- FOTOLAR

6 Mart 2015 19:33 (UTC+04:00)

"Qafqazinfo" Daily Mail-ə istinadən xəbər verir ki, hadisə Los- Angelesda Santa Monica Hava Limanından uçduqdan bir neçə dəqiqə sonra baş verib. İkinci Dünya Müharibəsi dövründən qalma antik təyyarəsi ilə səyyahətə çıxmaq istəyən aktyor qəza enişi edib, qolf meydançasına çırpılıb. 72 yaşlı aktyor yaralanıb, xəstəxanaya aparılıb.

Oğlu Ben Ford onun səhhətinin indi normal olduğunu bildirib.

Qeyd edək ki, Harrison Ford bundan əlavə indiyə kimi iki helikopter qəzasına düşüb.