Ermənistan Gürcüstanla münasibətlərə can atır

6 Oktyabr 2012 05:37 (UTC+04:00)


Ermnəistanın Baş naziri Tiqran Sarkisyan Gürcüstanla münasibətlərdən ağız dolusu danışıb. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, erməni baş nazir bildirib ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan Gürcüstanla yüksək səviyyəli ikitərəfli münasibətlərin qurulmasında əlindən gələni əsirgəməyəcək: "Gürcüstanla yaxşı münasibətlərin qurulması üçün əlimizdən gələni etməliyik. Bu məsələ hakimiyyətdə kimin olmasından asılı olmamalıdır. Biz gürcü xalqının iradəsinə hörmətlə yanaşırıq".

Qeyd edək ki, Gürcüstanda Rusiya ilə münasibətləri yoluna qoymağa çalışan qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanda yeni ümidlər yaradıb. Onlar hesab edirlər ki, Gürcüstanla yaxınlaşmaqla Azərbaycanın bu ölkədən keçən layihələrinə mane ola bilərlər.

Sadiq Musa
AzNews.az