“Qadınlarsız bir gün” - FOTO

7 Mart 2015 14:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, viktorian Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisində təşkil olunub. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, habelə bir çox ictimai təşkilatlara rəhbərlik edən qadınların da iştirakı etdiyi tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının müavini Naibə Mustafayeva Azərbaycan qadınının daima hünər və cəsarət simvolu kimi tarixə düşdüyünü qeyd edib. Daha sonra Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova regionda xanımların ictimai fəallığından söhbət açıb, müharibə gedən şəraitdə, cəbhə bölgəsində hər bir xanımın düşmən qarşısında bir sipər, öz həyat yoldaşının silahdaşı olduğunu vurğulayıb. Tədbirdə iştirak edən kişilər xanımlar üçün müxtəlif növ yemək çeşidləri hazırlayıb, 8 Mart Beynəlxalq Qadınlar Gününə özəl musiqi nömrələri ifa ediblər. Ağcabədi rayonunun ictimai həyatında fəqlənən xanımlar mükafatlandırılıblar.