Azarkeşlər arasında dava- 12 polis yaralı

7 Mart 2015 18:29 (UTC+04:00)

Ötən gün Bundesliqanın 24-cü turu çərçivəsində keçirilən "Ştutqart" - "Herta" (0:0) oyunu başa çatandan hər iki komandanın azarkeşləri arasında dava düşüb.

Polislər mərkəzi vağzal yaxınlığında bir neçə qarşıdurmanın qarşısını ala biliblər. İnsident nəticəsində 12 polis işçisi xəsarət alıb, eləcə də onlarla avtomobil və polis maşınına zərər dəyib.