Sabunçuda çoxmərtəbəli bina yandı
7 Mart 2015 18:54 (UTC+04:00)
AzNews.az-ın FHN-ə istinadən məlumatına görə, Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 4 otaqlı mənzilin eyvanında kağız və taxta qırıntıları 3 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın saat 16:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.