Məhkəmə sədri yüzlərlə insan qarşısında güllələndi

7 Mart 2015 21:03 (UTC+04:00)



AzNews.az-ın məlumatına görə, Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə sədri Abdullah AbdulVahhab şəhərin mərkəzi meydanında yüzlərlə sakinin gözü qarşısında güllələnib. Bundan əvvəl o, iki aya yaxın yerli həbsxanada saxlanılmışdı.

Qeyd edək ki, bir qədər əvvəl İraq ordusu ölkənin keçmiş başçısı Səddam Hüseynin doğma şəhəri olan Tikriti İŞİD-in əlindən almaq üçün iri miqyaslı əməliyyatlara başlayıb. Bu əməliyyatların məqsədi Səlah-əd-Din əyalətinin mərkəzi olan Tikrit şəhərini tutmaqla Mosul şəhərinə hücumu davam etdirməkdir. Hazırda Tikrit şəhərində küçə döyüşləri gedir.