Azərbaycanlı özünü asdı- Sankt-Peterburqda

7 Mart 2015 23:52 (UTC+04:00)
Dünən axşam Sankt-Peterburqun Vasileostrovsk rayonunda Korablestroiteli küçəsinin meşə zonasında ağacdan özünü asmış yaşlı kişinin meyiti aşkar olunub.


AzNews.az oxu.az-a istinadən xəbər verir ki, yaşlı kişinin meyiti ağacdan asılı vəziyyətdə olub. Onun meyitini meşəyə gələn iki evsiz aşkar edib.

Gözətçiyə meyit barədə məlumat verən evsizlər hadisə yerindən uzaqlaşıblar.

Yoxlama zamanı məlum olub ki, intihar edən şəxs Korablestroiteli küçəsi, №19/1 saylı evdə yaşayıb. Kişinin 74 yaşı olub və o, əslən Bakıdan olub. Təqaüdçünün meyiti morqa göndərilib. İntiharın səbəbləri müəyyən edilir.