İnsan cəsədlərini yandırıb şəhəri isidirlər - Avropada

9 Mart 2015 11:54 (UTC+04:00)
İt, pişik, xırda və iribuynuzlu heyvanlarla yanaşı insanlarda da rast gəlinən bəzi infeksion xəstəliklərin və virusların yaylmasının qarşısını almaq məqsədilə virusların məhv etdiyi orqanizmlər dərahal yandırlmalıdır. Bu qaydadan dünya səhiyyəsində və baytarlıq təbabətində istifadə olunur.

Çağdaş dövrümüzdə dünyanın müxtəlif ölkələrində insan və heyvan cəsədlərinin yandırılması üçün nəzərdə tutulan krematorilər fəaliyyət göstərir. Avropa ölklərinin çoxunda belə krematorilərə ras gəlmək olar. Burada hətta yandırlmasını vəsiyyət etmiş insanların da cəsədi oda atılır, külü isə bəzi hallarda torpağa basıdırlır, bəzi hallarda xüsusi qablarda illərlə qorunur.

Mütəxəssislər də bildirirlər ki, məsələn, daha çox itlərdə və vəhşi heyavanlarda rast gəlinən quduzluq olduqca qorxulu və iti gedişli xəstəlikdir ki, ona yoluxmuş heyvan öldürüləndən sonra mütləq yandırılmalıdır. İnsanların bu xəstəliyə yoluxması birmənalı şəkildə ölümlə nəticələnir. Virus olduqca sürətlə inkişaf edərək orqanizmi tamamilə sıradan çəxarır. Quduzluq xəstəliyi ilə laborator şəraitdə işləmiş baytarlar bu virusu qısaca olaraq belə xarakterizə edirlər: "Atam bombasından da qorxuludur".

Qeyd edtdiyimiz kimi, müasir dövrümüzdə insanların da yandırılması hallarına tez-tez rast gəlinir. Elə ölkələr var ki, insan cəsədlərinin yandırılması dini baxımdan tələb olunan ayin kimi həyata keçirilir. Bəzi Avropa ölkılərində isə yayılması ciddi fəsadlar törədəcək viruslardan dünyasını dəyişmiş və xüsusi vəsiyyət yazmış insanların cəsədi krematorilərdə yandırılır. Bu baxımdam heyvan və insan cəsədlərinin yandırılması heç də "vəhşilik nümunəsi" kimi deyil, daha ağır fəsadların qarşısını almaq məqsədi daşıyan profilaktik tədbir kimi qiymətləndirilməlidir.

Hazırda Avropa ölklərində cəsədlərin yandırılmasl adi hal kimi qəbul olunur və elə ölkələr də var ki, insan cəsədinin yandırılmasından yaranan istiliyi şəhər təsərrüfatının bir qolu kimi istifadə edirlər. Məsələn, İsveçdə insan cəsədlərinin yandırılması nəticəsində yarananan tüstünü Stokqolmdakı evlərin isidilməsinə yönəldirlər. Həmin tüstü xüsusi qurğularla mərkəzləşdirimiş sistemə, oradan isə mənzillərə ötürülür (Bəzi mənbələrdə göstərilir ki, bir insan cəsədinin yandırılması nəticəsdinə 1200 dərəcə istilik əldə etmək mümkünüdür).

İnsan cəsədlərinin yandırılmasl ilə şəhərin isidilməsini iqtisadi cəhətdən səmərəli hesab edən İsveç hökümətinin bu təcrübsindən digər Avropa ölkləri də istifadə etməyə hazırlaşırlar. Məsələn, hazırda Böyük Britaniya sözügedən təcrübəni yaxından öyrənir. Odur ki, it cəsdlərinin yandırılması ilə Avropanı təəccübləndirmək mümkün deyil...

Şəhər sakinlərindən bəziləri mənzillərinin yandırlmış cəsəd tüstüsü ilə isidilməsinə normal yanaşsa da bəziləri bu xəbəri eşidib şoka düşdüklərini deyirlər.

"AzerFax"