Məşhurlar Qənirə Paşayevanın kitab təqdimatında- Fotolar

8 Mart 2015 13:39 (UTC+04:00)
Türk dünyasının tanınmış insanların iştirakı ilə Qənirə Paşayevanın Türkiyədə çıxan kitablarının təqdimatı olub.


Millət vəkili Qənirə Paşayevanın Türkiyə türkcəsində çıxan "Allah, seven kalplerdedir ("Seni Allaha aşk götürür") və "Aşk Başka" adlı kitablarının təqdimatı və imzalanması olub. Türkiyənin ünlü simalarının tanınmış sənətçilər Orxan Gəncəbay, Oya Aydoğan, Sevim Emre, Nursaç Doğanışık, Bora Gencer, Mehmet Özkaya, Bünyamin Aksundur, Züleyha, tanınmış mediya rəhbərləri və televiziyaçılar Abbac Güclü, Güneri Civaoğlu, Cüneyt Özdemir, İsmayıl Ballı kimi tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçən təqdimat mərasimində ilk olaraq kitabları Türkiyə türkcəsinə uygunlaşdıran yazar İmdat Afşar çıxış edib. Türkiyənin tanınmış sənətçisi Orxan Gəncəbayın çıxışından sonra tədbirin yekununda millət vəkili Qənirə Paşayeva çıxış edib.

Qənirə Paşayeva 40 yaşımı bu kitablarla və sizinlə birlikdə qeyd etmək mənim üçün çox böyük sevinc və qürurdur deyən Qənirə Paşayeva ona hər zaman dəstək olan insanlara, həyatında böyük rol oynamış şəxsiyyətlərə, dostlarına, bu kitabların işıq üzü görməsində dəstək göstərən bütün insanlara təşəkkür edib. Bizim ailəmiz zəngin deyildi amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu gözəl dostlarım var.

Qənirə Paşayeva kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə edib.