Bayrama görə ucuz ərzaq yarmarkaları açılacaq - NAZİRLİK

9 Mart 2015 09:13 (UTC+04:00)

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkaların keçiriləcəyi ünvanlar barədə əlavə məlumat veriləcək.