Oyun zamanı azarkeşi infakt vurdu- FOTOLAR

9 Mart 2015 14:18 (UTC+04:00)


"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Bandırmaspor"un 37 yaşlı azarkeşi Metin Çokgezenleri infakt vurub. O, təcili olaraq Gümüşhane Dövlət Xəstəxanasına aparılıb. İlkin müdaxilələrə baxmayaraq azarkeşi xilas etmək mümkün olmayıb.

Türkiyə Futbol Federasiyası ölən azarkeşlə bağlı başsağlığı verib.

Qeyd edək ki, "Bandırmaspor"- "Gümüşhanespor" matçı 1-1 hesablı bərabərliklə bitib.