Xalq artistinin keçmiş ərinin evində qətl- FOTO

9 Mart 2015 18:57 (UTC+04:00)


AzNews.az xəbər verir ki, "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətl Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində baş verib.

Belə ki, qətlə yetirilən Sabir Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Yelena Maxrova X. İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Maxrova tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.