Maştağa sakinin evində avtomat aşkarlandı

9 Mart 2015 19:06 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az saytına verilən məlumata görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Süleymanovun Maştağa qəsəbəsindəki evindən "AK-74" markalı silah, 2 patron darağı və 53 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılıb.