Dollara görə təcili iclas- VİDEO

9 Mart 2015 21:06 (UTC+04:00)


ANS TV-nin Türkiyə bürosu iclasla bağlı məlumat verir:

"Türkiyədə lirə dollar qarşısında dəyərini itirir. Demək olar ki, hər saat Türkiyədə dollar yüksəlməkdə davam edir. Son illərin statistik rəqəmlərinə görə, lirə dollar qarşında xeyli ucuzlaşıb və nəticədə ən pik həddə çatıb.

Belə ki, artıq dollar 2,61 lirəyə dəyişdirilir. Hazırda yerli valyutanın xarici valyuta qarşısında öz dəyərini itirməsi məsələsi Türkiyədə müzakirə edilir. Bu gün səhər saatlarında Türkiyə Mərkəzi Bankı məzənnə ilə bağlı açıqlama verib. Sabahdan etibarən cüzi miqdarda olsa belə, lirənin məzənnəsi yüksələcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son bir həftədə öz çıxışları zamanı məhz lirənin məzənnəsinin yüksəlməsi üçün Mərkəzi Banka mesajlar göndərir.

Lirənin məzənnəsinin aşağı düşməsi hər ötən gün bütün iaşə obyektlərində satılan məhsulların qiymətində özünü göstərir. Bütün məhsulların qiymətində artım müşahidə olunur. Eyni zamanda bu bazara da öz mənfi təsirini göstərir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçildikdən sonra ikinci dəfədir ki, Nazirlər Kabinetinin iclasını keçirir. İclasda əsasən yerli valyutanın xarici valyuta qarşısında öz dəyərini itirməsi məsələsi müzakirə olunur".