Gürcüstanda təhvil-təslim başladı

6 Oktyabr 2012 06:48 (UTC+04:00)


Gürcüstanda hakimiyyətin təhvil verilməsi prosesinə başlanıb. İvanişvilinin komandası qarşı tərəfə vəd edib ki, işini bilən professionallar öz postunda qalacaqlar və onlara toxunulmayacaq.

Verilən məlumata görə, təhvil-təslim oktyabrın sonuna qədər yekunlaşacaq. Hətta məsələ ilə bağlı ikitərəfli iclas da keçirilib. "Gürcü arzusu" koalisiyasını İrakli Alasaniya, David Usupaşvili və digərləri təmsil ediblər.

Qeyd edək ki, yeni hökumət Gürcüstana dəyişikliklər gətirmək niyyətindədir.
Bunlardan birincisi konstitusiya dəyişikləri olacaq. Yeni konstitusiyada nəzərdə tutulan əlavə və dəyişiklər ölkənin parlament respublikasına keçidini asanlaşdıracaq.

Sadiq Musa
AzNews.az