2 vertolyot toqquşdu - Məşhur idmançılar öldü
10 Mart 2015 09:55 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.
Məlumata görə, ölənlər arasında Fransanın 2 məşhur idmançısı da dünyasını dəyişib.
Onlar boksçu Aleksis Basten və üzgüçülük üzrə olimpiya çempionu Kamilla Myuffadır.
Ümumilikdə isə ölənlərin 10 nəfər olduğu deyilir. Onlardan 8 nəfər Fransanın, 2 nəfər Argentinanın vətəndaşları olub.
Vertolyotda olanların sənədli film çəkilişinin üzvləri olduğu bildirilir.