Obamadan Ukraynaya zərbə - Silah verilməyəcək

10 Mart 2015 11:27 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Associated Press" agentliyi yayıb.

Məlumatda deyilir ki, bu haqda qərar Barak Obamanın Almaniya kansleri Angela Merkellə görüşündən sonra verilib.

Bu faktı Almaniyanın ABŞ-dakı səfiri Peter Vittinq də təsdiq edib.


Obama deyib ki, Ukrayna münaqişəsinin diplomatik və siyasi yolla həlli hələ tükənməyib.

Ağ Evin sahibi vurğulayıb ki, Ukraynaya göndərilə biləcək silahlar başqa dövlətlərin əlinə keçə bilər.