Azərbaycanda 2 avtomobil toqquşdu: Xəsarət alanlar var

10 Mart 2015 13:13 (UTC+04:00)


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində qeydə alınıb.

"VAZ" markalı minik avtomobili ilə "Isuzu" markalı yük avtomobili toqquşub.

Nəticədə "VAZ" markalı minik avtomobildə olan 4 sərnişinə xilasedicilər tərəfindən ilkin tibbi yardım göstərilib və xəsarət alanlar aidiyyəti üzrə təhvil verilib.