Pul kisəsini oğurladı və tutuldu

10 Mart 2015 14:50 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Araşdırmalar nəticəsində məlum olub ki, oğurluq əvvəllər məhkum olunmuş Əfsun Hüseynov tərəfindən törədilib.


O, Leylaxanım Zeynalovaya zor tətbiq edərək içərisində 97 manatı və 3 ABŞ dolları, habelə sənədləri olan pul kisəsini alıb.

Yasamal RPİ 27-ci PB-nin əməkdaşları cinayəti törədən şəxsi ələ keçirib.