Atatürkün vəsiyyətnaməsi itdi – Türkiyədə şok

10 Mart 2015 17:17 (UTC+04:00)


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atatürk Meşə Təsərrüfatında aparılan inşaat işləri zamanı Atatürkün vəsiyyətinə əməl olunmadığı iddiası ilə məhkəmə işi başladılıb. İddia qaldırılandan sonra vaxtilə Atatürkün əlyazması şəklində tapılan vəsiyyətnamənin dövlət arxivlərindən yoxa çıxdığı məlum olub. Vəsiyyətnamənin tapıldığı vaxtda ədliyyə naziri vəzifəsində çalışan Oltan Sungurlu isə sənədin Dövlət Arxivinə təhvil verdiyini deyir:
"Nə vaxt olduğu yadımda deyil, amma biz arxivləri təmizləyərkən bu vəsiyyətnaməni tapmışdıq. Televiziyalar qarşısında əlyazmanı Arxiv İdarəsinə təhvil verdik. Xatırlatdığım kimi orada Atatürk Meşə Təsərrüfatı ilə bağlı heç bir şey yox idi. İş Bankındakı hissələrindən İsmet İnönünün uşaqlarına 500 lirə təhsil pulu verilməsinə dair bir vəsiyyət idi".

Dövlət Arxiv İdarəsi isə vəsiyyətnamənin onlarda olmadığı cavabını verib.