Üzü kəsilən ABŞ səfiri xəstəxanadan çıxdı - VİDEO

10 Mart 2015 18:20 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat "haberler" saytında yer alıb.

ABŞ-ın Cənubi Koreyadakı səfiri 55 yaşlı Mark Lippert mart ayının 5-də Seul şəhərində naməlum şəxs tərəfindən ülgüclə təcavüzə məruz qalmış, sifətindən, çənəsindən və qolundan yaralanmışdı.



Səfirin üzünə və qoluna 80 tikişin qoyulduğu açıqlanıb.

Səfir Lippert xəstəxanada keçirdiyi mətbuat konfransında çox yaxşı olduğunu, xəstəxanada qaldığı müddət ərzində Koreya xalqının hərarətini hiss etdiyini deyib. Lippert Koreyaya olan dostluq əlaqələrinin dəyişməyəcəyini bildirib.



Təcavüzkarın Koreya millətçisi olduğu və 2010-cu ildə də Seulda Yaponiyanın səfiri Toşinori Şigeieyə hücum təşkil etdiyi vurğulanıb.

Onun Cənubi Koreya və ABŞ-ın birgə hərbi təliminə qarşı belə aksiya keçirdiyi iddia edilir.