Elçin Əfəndiyevin "Qatili"nin premyerası keçirildi - FOTOLAR

6 Oktyabr 2012 07:18 (UTC+04:00)
Dünən Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Qatil" əsəri əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası keçirildi. Tamaşanı izləməyə tanınmışlardan xalq artisti Fuad Poladov, əməkdar artist Sabir Məmmədov, Füzuli Hüseynov, Ələsgər Məmmədov, dramaturq Əli Əmirli təşrif buyurub.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, bəstəkarı Aygün Səmədzadə, quruluşçu rəssamı İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada Münəvvər Əliyeva, Hikmət Rəhimov, Elxan Quliyev və Səidə Quliyeva rol alıb.

Bahar Rüstəmli
FOTO: Mahir Hüseynbəyli
AzNews.az