Gözəllik kraliçası faciəli şəkildə öldü- FOTOLAR

10 Mart 2015 21:55 (UTC+04:00)

ANS PRESS-in məlumatına görə, Bonni Hiller adlı gənc qadın sürət həvəskarı olub. Avtomobilini 180 kilometr/saat sürətlə idarə edən gözəllik kraliçası maşınında can verib. O, avtomobilində sevgilisi ilə birlikdə olub. Qəza nəticəsində maşın parça-parça olub.

Qeyd edək ki, Bonni Hiller 2009-cu ildə bir neçə gözəllik müsabiqələrində iştirak edərək qalib olmuşdu. Lakin sonradan onun evli olduğu müəyyən edilmişdi. Buna görə də Bonninin qazandığı taclar ondan geri alınmışdı.