Rusiyada bu müxalifətçilər də öldürüləcək – SİYAHI

11 Mart 2015 10:56 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novaya qazeta" saytı yayıb. Saytın əməkdaşlarının apardığı araşdırmalara görə öldürüləcək yeni müxalifətçilərin adlarının Rusiya prezidenti Vladimir Putinə təqdim edildiyi bildirilir.

Siyahıda Aleksey Venediktov, Mixail Xodorkovski və Kseniya Sobçakın adlarının olduğu deyilir. Həmin siyahıda fevralın 27-də qətlə yetirilən Boris Nemtsovun da adı olub.


Həmin yazıda iddia olunur ki, araşdırmalar nəticəsində bəlli olub ki, Nemtsov Ramzan Kadırova yaxınlıqları ilə seçilən Çeçenistanın güc strukturlarının yüksək vəzifəli şəxsləri tərəfindən öldürülüb.

Qeyd edilir ki, son anda əldə edilən məlumata görə, Nemtsov heç də Zaur Dadayev tərəfindən qətlə yetirilməyib. Qətli törədən şəxsin adı da gizli saxlanılmır. Adı Ruslan olan mayor rütbəli bu şəxs dünən Qroznı şəhərində dindirilib. Onun soyadını isə yalnız Kadırov bilir.

Bildirilir ki, Ruslanın yaxın qohumu Çeçenistanın güc strukturlarında yüksək vəzifələrdən birini tutur.