BŞİH adlarından yayılan sənədi təkzib etdi: “Qeyri-rəsmidir”

11 Mart 2015 12:58 (UTC+04:00)


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının adına ünvanlanan məktubda mitinqə icazə verilmədiyi qeyd olunub.

Məsələ ilə əlaqədar BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovla əlaqə saxladıq.

O, AzNews.az-a açıqlamasında yayılan sənədin qeyri-rəsmi olduğunu bildirib:
"Milli Şuranın 15 mart mitinqi ilə bağlı BŞİH-ə göndərdiyi müraciət məktubunun cavabı hələ hazır deyil. Adımdan yayılmış sənəd qeyri-rəsmidir".

Qeyd edək ki, Milli Şura 15 mart tarixində Bakının "İnşaatçılar" metro stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda mitinq keçirilməsi üçün BŞİH-ə müraciət məktubu göndərib.